“Abel Məhərrəmovdan narazılıqlar var idi” - Təhsil ekspertləri

“Abel Məhərrəmovdan narazılıqlar var idi”  -  Təhsil ekspertləri
  16 Noyabr 2018    Oxunub:4537
Xəbər verdiyimiz kimi, ötən gün Abel Məhərrəmov Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib. Onun işdən çıxarılması ilə bağlı yerli mətbuatda müxtəlif məlumatları yayılır. Sosial şəbəkələrdə də əsas müzakirə mövzusu budur.
Təhsil ekspertləri 19 il BDU-nun rektoru işləyən Məhərrəmovun vəzifədən kənarlaşdırılmasına münasibət bildiriblər.

Nadir İsrafilov Azvision.az-a deyib ki, hər kəsin hərəkəti gec-tez öz həqiqi qiymətini alır.

“Abel Məhhərmov haqqında çox yazırlar. Bir ara televiziyalar da BDU tələbələrinin narazılığını verirdi. Narazıçılıqlar var idi. Son zamanlar Gəncədəki Dövlət Aqrar Universiteti, Dövlət İqtisad Universiteti, Azərbaycan Pedoqoji Universitetinin göstəricisi, təhsillə bağlı islahatları, yenilikləri Bakı Dövlət Universitetini üstələmişdi. Bu universitetlərin fonunda BDU-nun fəaliyyəti sönük qalırdı. Universitetin nüfuzunu yenidən bərpa edəcək, cəmiyyət tərəfindən müsbət qarşılanan şəxsin ora təyin olunması bizim üçün arzu olunandır".

Şahlar Əsgərov bildirib ki, A.Məhərrəmovu “elə edəcəyəm ki, müəllimlər tələbinin ayağına getsin” fikri ilə yadda saxlayıb.

“Rektor vəzifədə qocalanda universitet ondan daha tez qocalır. Rektor vəzifəsi qanunla tənzimlənməlidir. Bir adam 15-25 il rektor olmalı deyil. Qanunun qoyduğu müddətdə rektor olmalıdır. Onda qüsurlar daha az, uğurlar isə daha çox olar”.

Kamran Əsədov hesab edir ki, A.Məhərrəmov azad fikri ilə seçilən tələbələrə, ona tabe olmayan şəxslərə qarşı sərt mövqe nümayiş etdirib. Bundan başqa, fəaliyyəti dövründə bir çox savadlı kadrların universitetdən xaric edilməsi ilə yadda qalıb. Universitetin rektoru kimi bir çox hallarda kənar universitetin məzunlarının BDU-da doktorantura təhsil almasına mane olub.

Aytən Zəhra
Azvision.az


Teqlər: Abel-Məhərrəmov   Ekspert  





Xəbər lenti