Fond Ağcabədidə regional seminar keçirib

Fond Ağcabədidə regional seminar keçirib
  16 Noyabr 2018    Oxunub:1196
Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Ağcabədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Ağcabədi rayonunda “Mənəvi dəyərlərin təbliğində fərdi və ictimai amillər” mövzusunda regional seminar keçirilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən (DQİDK) Azvision.az-a bildiriblər ki, tədbirdə Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktor müavini Ceyhun Əliyev, Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev, ilahiyyatçı-ekspert Şəhriyar İsmiyev, DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov, rayon Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Ağayeva, ziyalılar, müəllimlər, tələbələr və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev rayonda mənəvi dəyərlərin təbliği ilə bağlı keçirilən tədbirlərin gənclərə müsbət təsir göstərdiyini qeyd edib.

Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktor müavini Ceyhun Əliyev Fond tərəfindən keçirilən tədbirlər haqqında geniş məlumat verib, fərdi və ictimai müstəvidə mənəvi dəyərlərin təbliğ edilməsinin vacibliyini vurğulayıb. C.Əliyev milli və mənəvi dəyərlərimizin bir-biri ilə sıx bağlı olduğunu qeyd edib.

İlahiyyatçı-ekspert Şəhriyar İsmiyev mənəvi dəyərlərin mahiyyəti və dini düşüncədə yeri haqqında məruzə ilə çıxış edib. Regional seminarda Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Ağayeva gənclərin tərbiyəsində mənəvi dəyərlərin yeri haqqında fikirlərini bölüşüb, müasir dövrdə mənəvi dəyərlərin təbliğinə böyük ehtiyac olduğunu vurğulayıb.

Vətənpərvərliyin və dövlətçiliyin əsas mənəvi dəyərlərimizdən olduğunu bildirən DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov gənclərə bununla bağlı tövsiyələrini çatdırıb. Regional seminarda Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının tələbəsi, Tələbə Elmi Cəmiyyətinin sədri Anar Əliyev, Ağcabədi Pedaqoji Texnikumunun tələbəsi Röyalə Hümbətova mövzuya aid məruzələrlə çıxış ediblər. Tədbir müzakirələrlə davam edib.

Azvision.az


Teqlər: Mənəvi-Dəyərlərin-Təbliği-Fondu  





Xəbər lenti