Prezident ali təhsillə bağlı Dövlət Proqramını təsdiq edib

 Prezident ali təhsillə bağlı Dövlət Proqramını təsdiq edib
  17 Noyabr 2018    Oxunub:1544
Prezident İlham Əliyev “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Azvision.az xəbər verir ki, sərəncamda Təhsil Nazirliyinə təsdiq olunmuş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirmək və Dövlət Proqramının icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb.

Azvision.az



Teqlər: İlham-Əliyev   Prezident   Sərəncam  





Xəbər lenti