Səhiyyə naziri Tərtərdə vətəndaşları qəbul edib

Səhiyyə naziri Tərtərdə vətəndaşları qəbul edib
  17 Noyabr 2018    Oxunub:1320
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən dövlət orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirir. Qəbul zamanı vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həlli istiqamətində tədbirlər görülür.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Azvision.az-a verilən məlumata görə, noyabrın 16-da səhiyyə naziri Oqtay Şirəliyev qəbul cədvəlinə uyğun olaraq Tərtər Rayon Mərkəzi Xəstəxanasında Tərtər, Bərdə, Goranboy, Ağdam rayon sakinlərini qəbul edib. Qəbulda 12 vətəndaş iştirak edib. Sakinlərin sağlamlıq problemləri, işlə təminat və sair məsələlərlə bağlı müraciətləri dinlənilib.

Vətəndaşların müraciətində qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb, onların bəziləri yerində həllini tapıb.

Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər aidiyyəti üzrə çatdırılması üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.

Azvision.az



Teqlər: Səhiyyə-Nazirliyi  





Xəbər lenti