Bu yolda hərəkət məhdudlaşdırılır

Bu yolda hərəkət məhdudlaşdırılır
  17 Noyabr 2018    Oxunub:1269
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ( AAYDA) Akademik Milli Dram teatrı ətrafındakı yolları qismən məhdudlaşdıracaq.
Agentlikdən Azvision.az-a verilən xəbərə görə, Akademik Milli Dram teatrının ətrafında olan yollarda aparılan profilaktik işlər çərçivəsində noyabrın 17-18 tarixlərində sözügedən ərazidə hərəkət işlərin aparıldığı hissələr üzrə qismən məhdudlaşdırılacaq. Lakin yolun bağlanması nəzərdə tutulmur.

"AAYDA sürücülərdən sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələrini xahiş edir", - deyə məlumatda vurğulanıb.

Azvision.az


Teqlər: AAYDA   Sürücü  





Xəbər lenti