Gömrükdə aşkar edilən Ermənistan məhsulları - FOTOLAR

Gömrükdə aşkar edilən Ermənistan məhsulları -  FOTOLAR
  17 Noyabr 2018    Oxunub:4610
KİV nümayəndələrinin Dövlət Gömrük Komitəsinin Balakəndə yerləşən "Mazımçay" gömrük postuna səfəri təşkil olunub.

Səfər çərçivəsində jurnalistlərə gömrük postunun müvəqqəti saxlanc anbarında saxlanılan məhsullar göstərilib. Onların arasında Ermənistan istehsalı olan məhsulların da olduğu bildirilib.
"Mazımçay" gömrük postunun rəisi Vüsal Nuriyev Azvision.az-a bununla bağlı açıqlama verib. O, bildirib ki, Ermənistan istehsalı olan məhsullar ölkəmizə gələn turistlərdən götürülüb.

V.Nuriyevin sözlərinə görə, əcnəbilər bilmədən bu məhsulları ölkəmizə keçirməyə cəhd ediblər.





























Anar Kəlbiyev
FOTO: Şahin Sərdarov

Azvision.az


Teqlər: DGK   Gömrük  





Xəbər lenti