Gömrükdəki vəziyyəti evdən izləmək mümkün olacaq

Gömrükdəki vəziyyəti evdən izləmək mümkün olacaq
  17 Noyabr 2018    Oxunub:1913
“Gömrük buraxılış məntəqələrində sıxlığın aradan qaldırılması üçün növbə sistemi yaradılacaq. Artıq bu sistem Dövlət Gömrük Komitəsinin rəhbərliyinə təqdimatı olub”.
Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Gömrül Komitəsinin Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəis müavini Azər Abasov deyib.

Rəis müavini qeyd edib ki, yeni sistem tətbiq ediləndən sonra vətəndaşlar sərhədi keçməmiş burada sıxlığın vəziyyəti ilə tanış ola biləcəklər:

"Yeni sistem tətbiq edildikdən sonra vətəndaş evində, yaxud digər istənilən məntəqədə qeydiyyatdan keçib sərhəddəki vəziyyəti müşahidə edəcək. Sıxlığın vəziyyəti yaşıl, sarı və qırmızı rənglərlə qeyd ediləcək və vətəndaş sıxlığın az olduğu tarixdə sərhədkeçməni həyata keçirəcək. Bu isə sərhədkeçmə vaxtı sıxlığın yaranmaması üçün balansın qorunmasına gətirib çıxaracaq".

Anar Kəlbiyev
Azvision.az



Teqlər: DGK   Sistem  





Xəbər lenti