Hindistanda avtobus dərəyə aşıb - 14 ölü, 13 yaralı

Hindistanda avtobus dərəyə aşıb -  14 ölü, 13 yaralı
  18 Noyabr 2018    Oxunub:2834
Hindistanın Uttarkaşi rayonunda sərnişin avtobusu dərəyə aşıb.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, qəza nəticəsində 14 nəfər həlak olub, 13 sərnişin isə xəsarət alıb. Yaralılardan bəzilərinin vəziyyəti ağırdır. Ölü sayının artacağı istisna edilmir.

Məlumata görə, qəzaya sürücünün idarəetməni itirməsi səbəb olub. Nəticədə avtobus 150 metr hündürlükdən dərəyə yuvarlanıb. Hadisə yerində axtarış-xilasetmə işləri aparılır.

Azvision.az



Teqlər: Qəza  





Xəbər lenti