Paytaxtın 2 rayonunda iməclik keçirilib

Paytaxtın 2 rayonunda  iməclik keçirilib
  19 Noyabr 2018    Oxunub:2286
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Bakı şəhərində yaşıllıqların salınması və onların genişləndirilməsinə olan diqqət və qayğısının bariz nümunəsidir ki, hər il paqtaxtın rayonlarında minlərlə yeni ağaclar əkilir, onlara qulluq göstərilir, yeni-yeni yaşıllıq zonaları yaradılır, istirahət parkları salınır.
Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən Azvision.az-a verilən xəbərə gröə, bu işlər çərçivəsində paytaxtın bütün rayonlarında iməcliklər keçirilir. Belə ki, növbəti iməclik paytaxtımız Bakı şəhərinin Səbail və Qaradağ rayonlarında təşkil olunmuşdur. Hər iki rayonunu rəhbərliyi, ictimaiyyət, idarə və təşkilatların nümayəndələri, təsərrüfat xidmətləri, gənclərin iştirakı ilə Səbailrayonunda Şıx yaşayış massivindəki “Dostluq parkı”nda 200 nəfərin, Qaradağ rayonunda isə Lökbatan dairəsindən Yeni Yasamal yaşayış massivi istiqamətində gedən avtomobil yolunun qərb hissəsində və Lökbatan qəsəbəsində 300 nəfərin iştirakı ilə keçirilib.

İməcliklərdə zamanı ərazində təmizlik işləri görülmüş, mövcud ağacların dibi quru otlardan təmizlənmiş, yeni əkiləcək ağaclarin damcı üsulu ilə suvarılmaı üçün su xətləri çəkilmiş, köhnələri isə təftiş olunub.

Hər iki rayonda keçirilən iməclikdə Abşeron yarımadasının iqliminə uyğun 1500 ədəd yeni zeytun və badam ağacları əkilmiş, əvvəl əkilən ağaclara qulluq göstərilib. İlboyu göstərilən qulluq nəticəsində ötən il əkilmiş ağacların çox böyük əksəriyyətinin boy atdığı müşahidə olunub. Bununla da rayonlarda badam ağacları əkilmiş zolaqların və ərazilərin yaradılmasına başlanıb.

Paytaxtımızda keçirilən iməclik və ağacəkmə aksiyaları ekoloji tarazlığın bərpası və ətraf mühitin təhlükəsizliyinin, insanların sağlamlığının təmin edilməsi, şəhərimizin daha da gözəlləşməsi istiqamətində görülən işlərin davamı olub. Mövsüm ərzində Bakı şəhərində ərazinin yaşıllaşdırılması, yeni ağacların əkilməsi, yaşıllıqlara qulluq və abadlıqla bağlı iməcliklər davam etdiriləcəkdir.

Azvision.az


Teqlər: BŞİJ   İməclik  





Xəbər lenti