Ümumordu iməciliyi keçiriləcək

Ümumordu iməciliyi keçiriləcək
  19 Noyabr 2018    Oxunub:1179
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən Əlahiddə Ümumqoşun Orduda, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrinin ərazilərində noyabrın - 24-ü park təsərrüfat günündə iməcilik təşkil olunacaq.
Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Azvision.az-a verilən xəbərə görə, ərazilərin tullantılardan təmizlənməsi, ekoloji mühitin sağlamlaşdırılması və abadlaşdırılması məqsədilə təşkil olunacaq iməcilik zamanı hərbi şəhərciklərdə, eləcə də digər hərbi hissələr, inzibati, xidməti bina və obyektlərin ətrafında müxtəlif növ ağac və gül kollarının əkilməsi, eləcə də yaşıllıq zolaqlarının salınması nəzərdə tutulur.

Azvision.az


Teqlər: Ordu   İməclik  





Xəbər lenti