Bu il 2 tondan artıq narkotik dövriyyədən çıxarılıb

Bu il 2 tondan artıq narkotik dövriyyədən çıxarılıb
  19 Noyabr 2018    Oxunub:1326
Bu ilin 10 ayı ərzində 2 655 fakt üzrə 2 ton 86 kiloqramdan artıq müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr qanunsuz dövriyyədən çıxarılıb ki, onlardan 1 ton 177 kiloqramı heroin təşkil edib.
Azvision.az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov Bakıda keçirilən BMT-nin Yaxın və Orta Şərqdə narkotiklərin qanunsuz dövriyyəsi və aidiyyati məsələlər üzrə alt komissiyasnın 53-cü sessiyasında bildirib.

Onun sözlərinə görə, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması, narkomanlığa düçar olmuş şəxsləri müalicə etməklə, onların sağlam həyata qaytarılması istiqamətində sistemli fəaliyyət təmin edilib.

O, qeyd edib ki, Azərbaycan parlamenti tərəfindən 36 qanun qəbul olunub. Nazirlər Kabineti 23 qərar, beş sərəncam qəbul edib.

Azvision.az


Teqlər: Narkotik  





Xəbər lenti