İki dövlət qurumu məktəb bufetlərini yoxladı
“Aparılmış monitorinqlər zamanı bir sıra məktəblərdə ictimai iaşə xidmətlərinin göstərildiyi istehsalat sahələrində bəzi çatışmazlıqlar aşkar edilib. Onların aradan qaldırılması və mütəmadi olaraq profilaktik tədbirlərin həyata keçirilməsi üçün metodiki göstərişlər verilmiş və nəzarət tədbirlərinin gücləndirilməsi üçün zəruri tədbirlər görülüb.
Onu da qeyd edək ki, 2018-2019-cu tədris ilindən paytaxtın ümumi təhsil məktəblərində “Sağlam məktəbli” adlı maarifləndirici layihə çərçivəsində görüşlər keçirilir. Layihənin əsas məqsədi məktəblilər arasında qida təhlükəsizliyi məsələsini təbliğ etmək və şagirdlərə qida təhlükəsizliyi vərdişlərini aşılamaqdan ibarətdir. Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Qida Təhlükəsizliyi Agentliyi və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu əməkdaşlarının iştirakı ilə həyata keçirilən layihə çərçivəsində məktəblərdəki görüşlərdə şagirdlərə düzgün qidalanma ilə bağlı məlumatlar verilib, “Qida zənciri”ni əks etdirən videoçarx təqdim olunub”.
Məlumatda qeyd eidlib ki, görüşlər çərçivəsində “Məktəblərdə sanitar-gigiyenik norma və qaydalara əməl olunması”, ““Fast food” qidalarının ziyanları” kimi mövzularda şagirdlərlə fikir mübadiləsi aparılıb. Sonda mütəxəssislər tərəfindən məktəbliləri maraqlandıran suallar cavablandırılıb və şagirdlərə sağlam qidalanma ilə bağlı maarifləndirici materiallar paylanılıb.
Qeyd edək ki, cari ilin sonunadək layihə çərçivəsində Bakı şəhərində fəaliyyət göstərən bir sıra digər ümumi təhsil müəssisəsində də müvafiq görüşlərin keçirilməsi nəzərdə tutulub.
Aytən Zəhra
Azvision.az
Teqlər: BŞTİ AQTA məktəb bufet