Parlamentin növbəti iclasının vaxtı dəyişdi

Parlamentin növbəti iclasının vaxtı dəyişdi
  19 Noyabr 2018    Oxunub:1829
Milli Məclisin növbəti plenar iclasının vaxtı dəyişdirilib.
Azvision.az-ın məlumatına görə, Milli Məclisin növbəti iclası noyabrın 27-də keçiriləcək.

İclasda ”Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında", "Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsi haqqında", "Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında", "Azərbaycan Respublikasında 2019-cu il üçün ehtiyac meyarının həddi haqqında", Milli Məclisin 2019-cu il üçün xərclər smetası, Hesablama Palatasının 2019-cu il üçün xərclər smetası, "İşsizlikdən sığorta fondunun 2019-cu il dövlət büdcəsi haqqında" qanun layihələri II oxunuşda müzakirə ediləcək.

Bundan öncə iclasın noyabrın 23-də keçirilməsi nəzərdə tutulmuşdu.

Qeyd edək ki, Milli Məclisin digər iclası noyabrın 30-da olacaq.

Anar Kəlbiyev
Azvision.az






Teqlər: Milli-Məclis   İclas  





Xəbər lenti