Bakıda avtobus 3 maşını əzdi: Sürücü öldü

Bakıda avtobus 3 maşını əzdi:  Sürücü öldü
  19 Noyabr 2018    Oxunub:2873
Noyabrın 17-də saat 21 radələrində Nəsimi rayonunun Cavadxan küçəsində Bakı şəhər sakini Əbdürəhman Ərəbov idarə etdiyi “Daewoo” markalı 170 saylı xətt avtobusunu qarşıdakı işıqforda dayanmış 3 avtomobilə vurub.
DİN-dən Azvision.az-a verilən məlumata görə, xəstəxanaya yerləşdirilən avtobusun sürücüsü noyabrın 18-də orada ölüb. Nəsimi RPİ tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Qəza  





Xəbər lenti