Çaylarda suyun səviyyəsi artıb

Çaylarda suyun səviyyəsi artıb
  19 Noyabr 2018    Oxunub:1121
Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 50-130, Kiçik Qafqazın çaylarında 90-100, Lənkəran-Astara bölgəsi çaylarında isə orta hesabla 60-80 faizini təşkil edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azvision.az-a veriləm məlumata görə, noyabrın 19-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 5 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 228 m3/s olmaqla ongünlük normanın 130 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 160 m3/s olmaqla ongünlük normanın 91 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 9 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 102 m3/s olmaqla, ongünlük normanın 119 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 39,5 m3/s təşkil edərək ongünlük normanın 46 faizinə bərabər olub.

Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 17, Şirvanda 12, Salyanda 8, Bankədə 4, Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində 5 sm artım müşahidə olunub.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 395 sm (2017-ci il noyabrın 19-da 367 sm), Şirvanda 285 sm (2017-ci il noyabrın 19-da 257 sm), Salyanda 255 sm (2017-ci il noyabrın 19-da 217 sm), Bankədə 234 sm (2017-ci il noyabrın 19-da 197 sm), Araz çayının Novruzlu məntəqəsində isə 125 sm (2017-ci il noyabrın 19-da 90 sm) təşkil edir.

Azvision.az


Teqlər: Çaylar   Su   ETSN  





Xəbər lenti