Nazirlik qoyun məsələsinə aydınlıq gətirdi

Nazirlik qoyun məsələsinə aydınlıq gətirdi
  20 Noyabr 2018    Oxunub:1933
Goranboy rayonu, Əlirzalı kənd sakini Ariz Dəmirovun mətbuatda dərc olunan şikayəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən araşdırılıb.
Azvision.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov məlumat yayıb.

Bildirib ki, özünüməşğulluq proqramı çərçivəsində proqram iştirakçılarına mal və materiallar təqdim edilərkən bu proses aktla rəsmiləşdirilir. Proqram iştirakçısına seçim imkanı verilir, verilən mal-qara ilə bağlı onun rəyi, məmnunluğu mütləq şəkildə nəzərə alınır. Təqdim olunan mal və materiallardan, o cümlədən mal-qaradan proqram iştirakçısı məmnun olduğu halda həmin aktı imzalayaraq qəbul edir.

"Əgər təqdim edilən mal-qara onu qane etmirsə, o zaman onları qəbul etməyərək aktı da imzalamaya bilər. Belə olan halda həmin şəxsə yenidən mal və materialar, o cümlədən mal-qara təqdim edilir.

Özünüməşğulluq proqramı iştirakçısı olan Ariz Dəmirova da oktyabrın 28-də kiçik təsərrüfatını yaratmaq üçün qoyunlar verilərkən həmin vaxt o, verilən mal-qaradan məmnun olduğunu, onu qane etdiyini bildirib, mal və materialları qəbul etdiyinə dair aktı imzalayıb. Hətta ona veriləcək heyvanları da özü seçib.

Belə olan halda Ariz Dəmirovun mal-qara veriləndən üç həftə vaxt ötdükdən sonra şikayət edərək verilmiş mal-qaradan narazılığını bildirməsi əsaslı ola bilməz və reallığı əks etdirmir".

Azvision.az



Teqlər: ƏƏSMN   Nazirlik  





Xəbər lenti