Gəncədə partlayış: Ölən şəxsin kimliyi məlum oldu - Yenilənib

 Gəncədə partlayış:  Ölən şəxsin kimliyi məlum oldu -  Yenilənib
  20 Noyabr 2018    Oxunub:6427
Bu gün səhər saatlarında Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Gəncə şəhərinin Kəpəz rayonunda dördmərtəbəli yaşayış binasında partlayış olması barədə məlumat daxil olub.
Azvision.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Mülki müdafiə qoşunlarının və Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri qeyd olunan ünvana cəlb olunub, digər aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

İlkin məlumata görə, 3 girişdən ibarət binanın 1-ci girişindəki mənzillər dağılıb. Dağıntılar altında qalanların olduğu ehtimal olunur. Hazırda axtarış-xilasetmə işləri aparılır. İlkin ehtimala görə, partlayış qaz sızması nəticəsində baş verib. Əlavə məlumat veriləcək.



***

Gəncədə yaşayış binasında baş verən partlayış zamanı həlak olan şəxsin kimliyi məlum olub.

Azvision.az-ın məlumatına görə, 1994-cü il təvəllüdlü Cumalzadədi Cumal Taleh oğlunun cəsədi dağıntılar altından çıxarılıb.



Azvision.az



Teqlər: FHN   Gəncə  





Xəbər lenti