“Bu il 140 nəfər dəm qazından zəhərlənib” - Azər Maqsudov

  20 Noyabr 2018    Oxunub : 1903
 “Bu il 140 nəfər dəm qazından zəhərlənib” - Azər Maqsudov
"Hazırda dəm qazı zəhərlənməsi ilə bağlı müraciətlərin sayı azdır. Oktyabr ayında 9 nəfər, noyabr ayında isə 12 nəfər dəm qazı zəhərlənməsi ilə müraciət edib"
Bu barədə Azvision.az-a Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin rəhbəri, baş toksikoloq Azər Maqsudov məlumat verib. O bildirib ki, yanvar ayından bu günə qədər ümumilikdə 140 nəfər dəm qazından zəhərlənib.

“Soyuqlar düşdükcə müraciətlər artır. Aprelə qədər bu tendensiya davam edir, daha sonra səngiyir və oktyabr ayından sonra dəm qazı ilə müraciətlər daxil olmağa başlayır. Sirkə turşusu ilə bağlı oktyabr ayında 6 nəfər, noyabr ayında 4 nəfər müraciət edib. Dərman allergiyası ilə bağlı oktyabrda 9 nəfər, noyabrda 14 nəfər şöbəyə gətirilib. Sirkə turşusundan keçən ay bir nəfər ölüb. Ümumilikdə bu il 2 nəfər sirkə turşusundan dünyasını dəyişib. Sirkə turşusu ilə zəhərlənmə əsasən məişət zəminində mübahisələr zamanı baş verir", - deyə A.Maqsudov qeyd edib.

Aytən Zəhra
Azvision.az

Teqlər: Azər-Maqsudov