"YAP hələ uzun illər yaşayacaq"- Əli Əhmədov

  20 Noyabr 2018    Oxunub : 791
 "YAP hələ uzun illər yaşayacaq"- Əli Əhmədov
"Yeni Azərbaycan Partiyası (YAP) uzun illər Azərbaycanın siyasi mühitinin aparıcı qüvvəsi olacaq".
Azvision.az xəbər verir ki, bunu Baş nazirin müavini, YAP-ın sədr müavini və icra katibi Əli Əhmədov YAP-ın 26 illiyi bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib.

O qeyd edib ki, partiya neçə illər yaşayacaq və Heydər Əliyevin ideyalarını yaşadacaq.

"Cavanlıq yaxşıdı, enerjinin kifayət qədər bol olduğu dövrdür. Hələ neçə illər partiya yaşayacaq, Heydər Əliyevin ideyalarını yaşadacaq, Prezident və partiyamızın sədri İlham Əliyevin siyasətinə dəstək verəcək",- deyə o bildirib.

Aytən Zəhra
Azvision.az

Teqlər: ƏliƏhmədov   YAP