Dünən 118 cinayət törədilib, 29 nəfər saxlanılıb
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 118 cinayət faktı qeydə alınmış, onların da 18-i “isti izlər”lə açılıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb.
Azvision.az