Baş Qərargah rəisləri Şəhidlər xiyabanda - FOTOLAR

  21 Noyabr 2018    Oxunub : 526
Baş Qərargah rəisləri Şəhidlər xiyabanda - FOTOLAR
Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Vladimer Çaçibaia Azərbaycana səfərə gəlib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azvision.az-a verilən xəbərə görə, səfərdə məqsəd Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerin iştirakı ilə keçiriləcək üçtərəfli görüşdə iştirak etməkdir.



Bildirilib ki, Y.Gülerin və V.Çaçibaianın rəhbərlik etdikləri nümayəndə heyətləri noyabrın 21-də Şəhidlər xiyabanını ziyarət ediblər.



Qonaqlar Şəhidlər xiyabanını ziyarət edərək Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş vətəndaşlarımızın xatirəsinə ucaldılmış “Əbədi məşəl” abidəsi önünə, eləcə də şəhid məzarlarına əklil və gül dəstələri qoyublar.

Azvision.az

Teqlər: Gürcüstan   Türkiyə   Ordu