Bakıda generalların görüşü keçirildi - FOTOLAR

Bakıda generalların görüşü keçirildi -  FOTOLAR
  21 Noyabr 2018    Oxunub:3186
Bakıda Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikasının Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Vladimer Çaçibaia arasında üçtərəfli görüş keçirilib.
Azvision.az xəbər verir ki, görüşdə üçtərəfli formatda əməkdaşlığın inkişaf etdirilməsi, regional sabitliyin, o cümlədən bölgədə həyata keçirilən layihələrin təhlükəsizliyinin təmin olunması və bir sıra digər məsələlər barədə fikir mübadiləsi aparılıb.















Anar Kəlbiyev
FOTO: Şahin Sərdarov

Azvision.az


Teqlər: Türkiyə   Azərbaycan   Gürcütsan   Mn   Ordu  





Xəbər lenti