“Əsas məqsəd sabitliyin təmin edilməsidir” - Zakir Həsənov

“Əsas məqsəd sabitliyin təmin edilməsidir” -  Zakir Həsənov
  21 Noyabr 2018    Oxunub:2686
"Azərbaycan, Türkiyə və Gürcüstan ordu rəhbərlərinin üçtərəfli toplantısı bizim dövlətlərin strateji səviyyədə əməkdaşlığının bariz nümunəsidir".
Azvision.az xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Vladimer Çaçibaia ilə Bakıda keçirilən görüşündə deyib. Nazir diqqətə çatdırıb ki, belə toplantı artıq 3-cü dəfədir keçirilir.

"Toplantının əsas məqsədi bölgədə sabitliyin və sülhün bərqərar olması, 3 dost qonşu dövlətin həyata keçirdiyi strateji-iqtisadi layihələrin təhlükəsizliyinin təmin edilməsi, 3 dövlətin silahlı qüvvələrinin əməkdaşlığının dərinləşməsidir. Əminəm ki, bu toplantı yüksək səviyyədə keçiriləcək" -, deyə nazir vurğulayıb.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Zakir-Həsənov  





Xəbər lenti