“Hərbi əməkdaşlığımız çox mühümdür”- Gürcü general Bakıda

 “Hərbi əməkdaşlığımız çox mühümdür”-  Gürcü general Bakıda
  21 Noyabr 2018    Oxunub:1447
"Bizim əlaqələrimizin böyük tarixi var. Biz regionda strateji tərəfdaşlarıq. Strateji tərəfdaşlıq çərçivəsində hərbi əməkdaşlığımız çox mühümdür".
Azvision.az xəbər verir ki, bunu Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Vladimer Çaçibaia Bakıda keçirilən üçtərəfli görüşdə çıxışı zamanı deyib.

O, bildirib ki, regionda həyata keçirilən layihələrin təhlükəsizliyinin təmin edilməsi üçün əməkdaşlıq uğurla davam edir. Gürcü general qeyd edib ki, bu, çox əhəmiyyətli görüşdür.

Qeyd edək ki, Bakıda Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikasının Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Vladimer Çaçibaia arasında görüş keçirir.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: General  





Xəbər lenti