Parlamentin iki iclasının gündəliyi məlum oldu

 Parlamentin iki iclasının gündəliyi məlum oldu
  21 Noyabr 2018    Oxunub:1168
Azərbaycan Milli Məclisinin noyabrın 27-də və 30-da keçiriləcək plenar iclasının gündəliyi məlum olub.
Azvision.az xəbər verir ki, iclasına gündəliyinə 58 məsələ daxildir.

İclaslarda 2019-cu ilin dövlət büdcəsi layihəsi ikinci və üçüncü oxunuşda müzakirə ediləcək. Bundan başqa, "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında", "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında", "Bələdiyyələrin əraziləri və torpaqları haqqında", "Dərman vasitələri haqqında", "Avtomobil nəqliyyatı haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" və s. qanunlara, eləcə də İnzibati, Mənzil, Vergi məcəllələrinə dəyişiklik layihələrinə də baxılacaq.

Anar Kəlbiyev
Azvision.az




Teqlər: Milli-Məclis   İclas  





Xəbər lenti