Türkiyənin ordu generalı: “Hərbi əlaqələrimizi daha da artırmalıyıq”

 Türkiyənin ordu generalı:  “Hərbi əlaqələrimizi daha da artırmalıyıq”
  21 Noyabr 2018    Oxunub:4312
"Qardaş Azərbaycanda olmaqdan məmnunam. Bu gün 3 dost və qardaş ölkənin Silahlı Qüvvələrinin komandanlığı olaraq böyük toplantı keçirmək üçün bir araya gəlmişik. Bu, bizim 3-cü toplantımızdır"
Azvision.az xəbər verir ki, bunu Türkiyə Respublikasının Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler Bakıda keçirilən görüşdə deyib.

Ordu generalı bildirib ki, həm ikitərəfli, həm də üçtərəfli görüşlər keçirərək bölgədəki vəziyyəti müzakirə edəcəklər.

"Hərbi əlaqələrimiz mükəmməl şəkildə genişlənir. Staretji səviyyəyə çatmış hərbi əlaqələrimizi daha da artırmaq üçün əlimizdən gələni edəcəyik. İnanıram ki, bu gün keçirilən görüşdə çox vacib nəticələr əldə olunacaq".

Qeyd edək ki, Bakıda Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikasının Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Vladimer Çaçibaia arasında görüş keçirir.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: General  





Xəbər lenti