Abel Məhərrəmov haqqında yazılanlara münasibət bildirdi

Abel Məhərrəmov haqqında yazılanlara münasibət bildirdi
  21 Noyabr 2018    Oxunub:6774
Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru Abel Məhərrəmov barəsində yazılan xəbərlərə münasibət bildirib.

Azvision.az-ın məlumatına görə, A.Məhərrəmov deyib ki, haqqında yayılan məlumatlar həqiqəti əks etdirmir.
Nə üçün işdən çıxarılması barədə suala cavabında sabiq rektor "Prezident İlham Əliyevin sərəncamı müzakirə olunmur, icra olunur", - deyə cavab verib.

“Prezident sərəncamla kimisə vəzifəyə təyin edir, vəzifədən azad edir. Bu, təbii qəbul olunmalıdır. Mən 1969-cu ildən Heydər Əliyevçi olmuşam. Bu gün də dövlətçiliyə xidmət edirəm. Mən İlham Əliyev siyasətinə xidmət edən adamam. Həyatda hər şey ola bilir. Əfsuslar olsun ki, bəzi mətbuat orqanları mənim Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad olunmamı şouya çevirmək istəyirlər, bu da düzgün deyil. Ziyalılığı, milli mentalitetimizi qorumaq lazımdır. Elm zirvəsinə qalxan adamlara dəyər vermək lazımdır. Mediaya üzümü tutaraq deyirəm: Bu şoulardan əl çəkin! Bunun heç kəsə xeyri yoxdur. Bu, milləti geri çəkmək deməkdir. Allah Prezidentimizin canını sağ eləsin. O, hər şeyə düzgün qərar verir, ona görə də sərəncamı doğru qəbul edirəm".

A.Məhərrəmov 20 ilə yaxın BDU-nun rektoru vəzifəsində çalışdığını qeyd edib: "Bu müddətdə şərəflə, ləyaqətlə işləmişəm. Amma indi məsləhət oldu ki, bir qədər də istirahət edim”.

Sabiq rektor oğlu, Azərbaycanın İspaniyadakı səfiri Anar Məhərrəmov barəsində yazılanlara da münasibət bildirib: “Oğlum da mənim kimi Heydər Əliyev siyasi kursuna sədaqətlə xidmət edən adamdır. Sona qədər də belə olacaq”.

Elvin Abdulqədirov
Azvision.az



Teqlər: BDU   Abel-Məhərrəmov  





Xəbər lenti