3 piyada yol qəzasının qurbanı oldu

3 piyada yol qəzasının qurbanı oldu
  21 Noyabr 2018    Oxunub:1214
Noyabrın 20-də saat 20 radələrində Sumqayıt ərazisində şəhər sakini Ceyhun Baxışov idarə etdiyi “Lexus” markalı avtomobillə yolu keçən Yavər Əhmədovu vurub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az-a verilən məlumata görə, nəticədə piyada hadisə yerində ölüb.

Anoloji hadisə Şəki rayonunun Vərəzət kəndi ərazisində baş verib. Belə ki, rayon sakini Asiman Sədirov idarə etdiyi “VAZ-21061” markalı avtomobillə yolu keçən kənd sakini, azyaşlı Mehrab Qasımovu vurub. Xəstəxanaya yerləşdirilmiş uşaq orada ölüb.

Eyni zamanda noyabrın 20-də saat 19 radələrində Tovuz rayonunun Aşağı Quşçu kəndi ərazisində kənd sakini Fazil Rzayev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmkəndlisi Rəhilə Namazovanı vurub. Xəstəxanaya yerləşdirilən piyada orada ölüb.


Azvision.az


Teqlər: Piyada   Qəza  





Xəbər lenti