Vitse-spiker prezidentin Minsk səfərini dəyərləndirdi

Vitse-spiker prezidentin Minsk səfərini dəyərləndirdi
  21 Noyabr 2018    Oxunub:1240
"Ölkə başçısı İlham Əliyevin Belarus səfəri Azərbaycanın xarici siyasətinin müsbət nəticələrindən biri kimi özünü göstərdi".
Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin sədr müavini Bahar Muradova deyib.

Vitse-spiker qeyd edib ki, Azərbaycan və Belarus strateji tərəfdaşdır: "Dövlətlərimiz bir çox vacib məsələlərdə qarşılıqlı faydalı əməkdaşlıq həyata keçirir. Ölkələr arasında mövqe birliyi var. Səfər zamanı səsləndirildi ki, hər hansı bir xəbərdarlıq müzakirə olunmadan hər iki dövlət bir-birinin maraqlarını qarşılıqlı şəkildə bütün müstəvilərdə qoruyur və bunun nümunələrini bu günə qədər göstəriblər"

B.Muradova vurğulayıb ki, Minsk səfəri həm müzakirə olunan məsələlər, həm imzalanan sənədlər, həm də hər iki prezidentin verdiyi bəyanatın ruhu ilə diqqəti çəkdi: "Dağlıq Qarabağ münaqişəsi, o cümlədən bu tip konfiliktlərin beynəlxalq hüququn prinsipləri, dövlətlərin ərazi bütövlüyü və suverenliyi prinsipləri əsasında həll olunmasının vacibliyinin vurğulanması onu göstərir ki, getdikcə dünyada bu mövqeni dəstəkləyən ölkələrin sayı çoxalır. Azərbaycan və Belarus da bu kimi məsələlərdə öndə gedən dövlətlərdir. Eyni zamanda bizim xalqlarımızın, müvafiq dövlət qurumlarının, o cümlədən prezidentlərin möhkəm dostluğunun münasibətlərə çox müsbət təsir göstərdiyinin şahidi oluruq. Hesab edirəm ki, bu, prezident İlham Əliyevin xarici siyasət istiqamətində növbəti uğurudur".

Elvin Abdulqədirov
Azvision.az



Teqlər: Bahar-Muradova  





Xəbər lenti