Zakir Həsənov generallarla görüşün detallarını açıqladı

Zakir Həsənov generallarla görüşün detallarını açıqladı
  21 Noyabr 2018    Oxunub:2773
Azərbaycan- Gürcüstan-Türkiyə Silahlı Qüvvələri rəhbərlərinin 3-cü üçtərəfli görüşünün yekunlarına dair mətbuata açıqlama verilib.

Azvision.azın məlumatına görə, müdafiə naziri, general-polkovnik Zakir Həsənov görüşün üç qardaş ölkə rəhbərlərinin tapşırıqları əsasında baş tutduğunu deyib.
Nazir bildirib ki, görüş vaxtı regionda hərbi-siyasi vəziyyət müzakirə edilib: "Görüş 3 qardaş ölkə əməkdaşlığının strateji səviyyədə olmasını təsdiq edir. Məqsəd 3 qardaş dövlətin regionda həyata keçirilən strateji, iqtisadi layihələrin təhlükəsizliyinin təmin edilməsi, bölgədə sülhün və sabitliyin qorunmasına dəstək verməkdir".



Z.Həsənov əlavə edib ki, görüşdə işçi qrupunun bir neçə il ərzindəki fəaliyyəti də dinlənilib: "Görüşdə dövlətlərin ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı beynəlxalq qanun çərçivəsində bəyan edildi. Üçtərəfli formatda hər üç ölkənin ordularının daha yüksək səviyyədə əməkdaşlığı təsdiq edildi. Hərbi, hərbi təhsil, hərbi tibb və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi planlaşdırıldı. İqtisadi layihələrin təhlükəsizlik baxımından üçtərəfli komanda qərargah təlimləri hazırda Türkiyə ərazində keçirilir. Bu ildən etibarən təlimlərdə əsgəri gücdən istifadə olunur. Növbəti üçtərəfli görüşü Türkiyənin dəvətini qəbul edərək orada keçirməyi gözləyirik".

Qeyd edək ki, bu gün Bakıda Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikasının Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Vladimer Çaçibaia arasında görüş keçirilib.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Zakir-Həsənov  





Xəbər lenti