Hüquq-mühafizə orqanları direktorun döyülməsini araşdırır

Hüquq-mühafizə orqanları direktorun döyülməsini araşdırır
  21 Noyabr 2018    Oxunub:1323
Bakı Şəhəri üzrə Təhsil İdarəsi paytaxtdakı 175 nömrəli tam orta məktəbin direktoru Tural Mirzəliyevə qarşı baş vermiş fiziki zorakılıq halını pisləyir və şiddətlə qınayır.
İdarədən Azvision.az-a verilən məlumatda bildirilib ki, bir təhsil müəssisəsinin rəhbərinə qarşı şəxsi toxunulmazlıq və digər hüquqi prinsiplərin kobud şəkildə pozulması ilə müşahidə olunan fiziki zor tətbiq edilməsi və bədən xəsarətləri yetirilməsi ölkəmizin təhsil ictimaiyyəti tərəfindən hiddətlə qarşılanır.

“Qeyd edək ki, məsələni Təhsil Nazirliyinin rəhbərliyi bilavasitə diqqət mərkəzində saxlayır. Noyabrın 20-də aldığı ağır xəsarətlər səbəbindən 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilmiş 175 nömrəli tam orta məktəbin direktoru Tural Mirzəliyevə baş çəkilib, səhhəti ilə maraqlanılıb. T.Mirzəliyevə şəfa diləyir və hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırması aparılan məsələnin ədalətli hüquqi qiymət alacağına inanırıq”.

Qeyd edək ki, ötən gün 175 saylı tam orta məktəbin direktoru Tural Mirzəliyevlə aktyor Rza Rzayev arasında insident baş verib. Tərəflər arasında yaranan mübahisə nəticəsində direktor ağır xəsarət alaraq 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.

Aytən Zəhra
Azvision.az



Teqlər:





Xəbər lenti