“Əməkdaşlığımız regionda sabitliyə töhfə verir” - Yaşar Güler

“Əməkdaşlığımız regionda sabitliyə töhfə verir” -  Yaşar Güler
  21 Noyabr 2018    Oxunub:1428
"Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığı regionda sabitliyin təmin olunmasına mühüm töhfə verir".
Azvision.az xəbər verir ki, bunu Türkiyə Respublikasının Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler Bakıda keçirilən görüşdən sonra mətbuata açıqlamasında deyib.

Ordu generalı bildirib ki, üçtərəfli görüşdə həm regional, həm də qlobal səviyyədə sülhün və sabitliyin mühüm əhəmiyyət daşıdığı bölgədə baş verən proseslərlə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

"Xüsusilə regional təhlükəsizlik, qarşılıqlı əməkdaşlıq, mövcud problemlərin sülh yolu ilə həlli, ölkələrin beynəlxalq müqavilələr və beynəlxalq hüquqda təsbit olunan sərhədləri daxilində ərazi bütövlüyünün qorunmasında Türkiyə, Azərbaycan və Gürcüstan olaraq eyni mövqedəyik. 2015-ci ildə Türkiyədə keçirilən ilk görüşdən sonra dost və qardaş ölkələrimiz arasında başlayan və gündən-günə güclənən üçtərəfli əməkdaşlıq bu gün uğurla həyata keçirilir. Üçtərəfli formatda əməkdaşlığın inkişafını görmək bizi son dərəcə məmnun edir”, - deyə Y.Güler qeyd edib.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Ordu   General   Türkiyə  





Xəbər lenti