Nazirdən aktyorun direktoru döyməsinə münasibət

  21 Noyabr 2018    Oxunub : 3014
 Nazirdən aktyorun direktoru döyməsinə münasibət
Təhsil naziri Ceyhun Bayramov 175 nömrəli məktəbin direktoru Tural Mirzəliyevin aktyor Rza Rzayev tərəfindən döyülməsinə münasibət bildirib.

Azvision.az xəbər verir ki, nazir qeyd olunan halın ümumilikdə Azərbaycan cəmiyyəti üçün nadir hadisə olduğunu bildirib.
"Əksər zaman Azərbaycan cəmiyyətində müəllimə, məktəb rəhbərinə hörmət görmüşük. Müəllim, məktəb rəhbərinə qarşı fiziki gücün tətbiq edilməsi tamamilə qəbuledilməz faktdır. Bununla bağlı rəyi və nəticəni gözləyirik. Hüquq- mühafizə orqanları bu işlə məşğuldur. Araşdırma aparılan zaman müdaxilə etmək istəmirik. Əminik ki, məsələyə düzgün hüquqi qiymət veriləcək", - deyə nazir vurğulayıb.

Qeyd edək ki, ötən gün 175 saylı tam orta məktəbin direktoru Tural Mirzəliyevlə aktyor Rza Rzayev arasında insident baş verib. Tərəflər arasında yaranan mübahisə nəticəsində direktor ağır xəsarət alaraq 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.

Aytən Zəhra
Azvision.az

Teqlər: Ceyhun-Bayramov