Prezident Kabildəki partlayışla bağlı başsağlığı verdi

Prezident Kabildəki partlayışla bağlı başsağlığı verdi
  21 Noyabr 2018    Oxunub:1859
Prezident İlham Əliyev Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qaniyə başsağlığı verib.
Məktubda deyilir: "Hörmətli cənab Prezident, Kabil şəhərində törədilmiş partlayış nəticəsində çox sayda insanın həlak olması və yaralanması xəbəri bizi son dərəcə kədərləndirdi.

Biz bu dəhşətli terror aktından olduqca hiddətlənir, terrorizmə qarşı ən sərt şəkildə, qətiyyətlə və ardıcıl mübarizə aparılmasını zəruri və vacib hesab edirik.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Əfqanıstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm".

Azvision.az


Teqlər: Kabil  





Xəbər lenti