Gömrük Komitəsinə 1,9 milyon müraciət daxil olub

Gömrük Komitəsinə 1,9 milyon müraciət daxil olub
  21 Noyabr 2018    Oxunub:1144
2018-ci ilin yanvar-oktyabr ayında vətəndaşlar tərəfindən Dövlət Gömrük Komitəsinə 1 milyon 983 min 194 elektron müraciət daxil olub.
Dövlət Gömrük KomitəsindənAzvision.az-a verilən məlumata görə, daxil olunan müraciətlər arasında fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi üzrə elektron sadələşdirilmiş bəyannamənin qəbulu və gömrük əməliyyatları və ya gömrük prosedurları ilə bağlı ödəniləcək gömrük ödənişlərinin həyata keçirilməsi çoxluq təşkil edir.

Həmçinin bu ilin oktyabr ayında Dövlət Gömrük Komitəsinə 253 min 862 müraciət daxil olub.

Azvision.az



Teqlər: DGK   Komitə  





Xəbər lenti