Ramiz Mehdiyev Patruşevlə Xəzərin statusunu müzakirə edib

  22 Noyabr 2018    Oxunub : 572
Ramiz Mehdiyev Patruşevlə Xəzərin statusunu müzakirə edib
Xəbər verdiyimiz kimi, 21 noyabrda Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Moskvada Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə görüşüb.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə Rusiya və Azərbaycanın müxtəlif nazirliklərinin və idarələrinin qarşılıqlı fəaliyyət perspektivləri, terrorizmə qarşı mübarizə məsələləri, həmçinin Xəzər dənizinin hüquqi statusu mövzusu müzakirə edilib.

Xatırladaq ki, Moskvada MDB dövlətlərinin təhlükəsizlik şuraları katiblərinin VI görüşü keçirilib. İclasda Azərbaycanı Prezident Administrasiyasının rəhbəri Ramiz MehdiyevPrezidentin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi - şöbə müdiri Fuad Ələsgərov təmsil edib.

Azvision.az

Teqlər: Ramiz-Mehdiyev   Patruşev