“32 mindən çox qanunvericilik layihəsi ekspertizadan keçirilib” - Nazir

“32 mindən çox qanunvericilik layihəsi ekspertizadan keçirilib” -  Nazir
  22 Noyabr 2018    Oxunub:1308
Son 15 ildə nazirlik tərəfindın 32 mindən artıq qanunvericilik layihəsi ekspertizadan keçirilib, 6.500-dən çox layihə hazırlanıb, əhalinin təmənnasız istifadəsinə verilmiş milli qanunvericiliyin elektron bazalarına vətəndaşlar tərəfindən hər il yüz minlərlə, 2018-ci ildə isə artıq bir milyondan çox müraciət edilib.
Azvision.az xəbər verir ki, bunu ədliyyə naziri Fikrət Məmmədov "Azərbaycan" qəzetində dərc olunan məqaləsində bildirib.

Nazir qeyd edib ki, notariat orqanlarının cəmiyyətdə rolu artıb, fəaliyyəti müasir İKT-lər tətbiq olunmaqla təkmilləşdirilib, universal elektron xidmət köşkləri yaradılıb, notariat əməliyyatların sayı 3 dəfə artaraq 4 milyona yaxınlaşıb.

Azvision.az


Teqlər: Ədliyyə  





Xəbər lenti