Həbsxanalarda ölüm halları 40 faiz azalıb

Həbsxanalarda ölüm halları 40 faiz azalıb
  22 Noyabr 2018    Oxunub:1663
"Ötən dövrdə penitensiar sistemdə köklü islahatlar aparılıb, qanunvericilik təkmilləşdirilib, məhbusların hüquq və imtiyazları genişlənib, infrastruktur yaxşılaşdırılıb". Azvision.az xəbər verir ki, bunu Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov "Azərbaycan" qəzetində dərc olunan məqaləsində qeyd edib.
Onun sözlərinə görə, Naxçıvanda, Şəkidə, Bakı şəhəri Zabrat qəsəbəsində yeni müasir komplekslər istifadəyə verilib. Saxlanılma şəraitinin və tibb xidmətinin yaxşılaşdırılması nəticəsində 2003-cü illə müqayisədə penitensiar müəssisələrdə ölüm hadisələrinin sayı 40 faiz, vərəmdən ölənlərin sayı isə 16 dəfə azalıb.

Nazir bildirib ki, ədliyyə orqanlarının sağlam mənəviyyata, yüksək hazırlığa və peşəkarlığa malik işçilərlə möhkəmləndirmək üzrə məqsədyönlü tədbirlər görülür, açıq müsabiqələr əsasında test üsulu ilə şəffaf seçim aparılır. Yüksək tələbkarlıqla keçirilən müsabiqələr əsasında ümumilikdə 2.600 mütəxəssis nazirliyə qulluğa qəbul edilib.

"Hazırda nazirlik tərəfindən 14 informasiya resursu, o cümlədən elektron notariat, əhalinin və qüvvədən düşmüş sənədlərin, habelə hüquqi aktların dövlət reyestrləri, elektron məhkəmə, elektron icra və digər informasiya sistemləri yaradılmışdır. Həmin resurslar müxtəlif dövlət orqanlarının informasiya sistemləri ilə inteqrasiya olunaraq hər gün on minlərlə sənəd üzrə məlumat mübadiləsi keçirilir. Eyni zamanda, nazirlik tərəfindən fiziki və hüquqi şəxslərə 31 növ elektron xidmət göstərilir, bu xidmətlərdən istifadələrin sayı 11 milyonu ötüb", - deyə F.Məmmədov əlavə edib.

Azvision.az


Teqlər: Fikrət-Məmmədov   Penitensiar-Xidmət  





Xəbər lenti