İrana gedən azərbaycanlıların sayı 61 faiz artıb

 İrana gedən azərbaycanlıların sayı 61 faiz artıb
  22 Noyabr 2018    Oxunub:2042
Cari ilin yanvar-oktyabr aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 16,2 faiz artaraq 4 milyon 14,6 min nəfər olub.
Dövlət Statistika Komitəsindən Azvision.az-a verilən məlumata görə, ölkə vətəndaşlarının 32,2 faizi İrana, 29,6 faizi Gürcüstana, 19,1 faizi Rusiya Federasiyasına, 12,9 faizi Türkiyəyə, 1,5 faizi Ukraynaya, 0,9 faizi Birləşmiş Ərəb Əmirliklərinə, 3,8 faizi isə digər ölkələrə səfər edib. Səfər edənlərin 65,6 faizi kişilər, 34,4 faizi isə qadınlar olub.

Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 61,4 faiz, Gürcüstana gedənlərin sayı 2,7 faiz artıb, Rusiya Federasiyasına gedənlərin sayı 1 faiz, Türkiyəyə gedənlərin sayı 0,3 faiz azalıb.

Yanvar-oktyabr aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 80,8 faizi dəmir yolu və avtomobil, 18,4 faizi hava, 0,8 faizi isə su nəqliyyatından istifadə edib.

Azvision.az


Teqlər: DSK   Azərbaycan  





Xəbər lenti