Yeni səfir Naxçıvanın nümayəndəsi ilə görüşüb

Yeni səfir Naxçıvanın nümayəndəsi ilə görüşüb
  22 Noyabr 2018    Oxunub:1463
Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Çex Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli Səfiri Milan Ekert ilə görüşüb.
Azvision.az xəbər verir ki, Avropa İttifaqına üzv olan, Azərbaycanın haqlı mövqeyini həmişə dəstəkləyən Çexiyanın ölkəmizə yeni təyin olunmuş səfirilə görüşdə Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin möhkəmləndirilməsi yolları,qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.

Azvision.az


Teqlər: Səfir   Çexiya   Naxçıvan  





Xəbər lenti