MAQATE: Tehran nüvə öhdəliklərinə sadiqdir

MAQATE:  Tehran nüvə öhdəliklərinə sadiqdir
  22 Noyabr 2018    Oxunub:5268
Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (MAQATE) növbəti dəfə İranın nüvə sazişi üzrə öhdəliklərinə əməl etdiyini təsdiqləyib.
Azvision.az xəbər verir ki, MAQATE-nin baş direktoru Yukiya Amano təşkilatın idarə heyəti qarşısında məruzə edərkən ABŞ-ın birtərəfli qaydada nüvə sazişindən çıxmasına baxmayaraq, Tehranın bu sazişlə öz üzərinə götürdüyü öhdəliklərə sadiq qaldığını bildirib.

“İran Hərtərəfli müştərək fəaliyyət planı çərçivəsində nüvə proqramı ilə bağlı öhdəliklərini yerinə yetirir. İranın bu öhdəlikləri tam şəkildə yerinə yetirməyə davam etməsi olduqca vacibdir”, – deyə Amano vurğulayıb.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: İran   MAQATE   ABŞ  





Xəbər lenti