Aztəminatlı əhaliyə hüquqi yardım göstəriləcək

Aztəminatlı əhaliyə hüquqi yardım göstəriləcək
  22 Noyabr 2018    Oxunub:2090
“Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 fevral tarixli Sərəncamı ilə Vəkillər Kollegiyasına hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün pulsuz hüquqi xidmətlər göstərilməsinin təşkil edilməsi tövsiyə edilib.
Vəkillər Kollegiyasından Azvision.az-a verilən məlumata görə, bu tövsiyənin icrası ilə əlaqədar keçirilən tədbirlər çərçivəsində noyabrın 24-də bir qrup vəkil tərəfindən Suraxanı Rayon Məhkəməsinin və Suraxanı Rayon İcra Hakimiyyətinin inzibati binalarında gün ərzində, o cümlədən Qusar rayonundakı Heydər Əliyev Mərkəzində saat 10-dan 13:00-dək ətraf rayonlarda yaşayan vətəndaşlara ödənişsiz hüquqi yardımın göstərilməsi nəzərdə tutulub.

Bu qəbildən tədbirlər respublikamızın digər regionlarında da müntəzəm olaraq keçiriləcək.

Azvision.az



Teqlər:





Xəbər lenti