“Dünya bazarında intellektual məhsullarımız yox səviyyəsindədir” - DGK rəsmisi

“Dünya bazarında intellektual məhsullarımız yox səviyyəsindədir” -  DGK rəsmisi
  22 Noyabr 2018    Oxunub:5258
"İnformasiya texnologiyaları (İT) intellekt məhsulu olduğu üçün ixracda rüsum tətbiq olunmur. Bu, çox sevindirici haldır. Dünya bazarında intellektual məhsullarımız demək olar ki, yox səvviyəsindədir. Öz potensialımıza görə çox azdır".
Azvision.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədr müavini İqbal Babayev deyib. Onun sözlərinə görə, problem ondan ibarətdir ki, biznes prosesi ölkəmizdə yeni formalaşıb.

"Bütün texnologiyalar həm Sovetlər birliyindən, həm də Avropadan ixrac olunub. İndi biz prosesi tam mükəmməl tətbiq edəndən sonra İT platformaya keçmək istəyirik. Amma biznes prosesin özündə də hüquqi problemlərimiz var. Birinci odur ki, dünya bazarında hər məhsula düşən xərclər və onun resursları günü-gündən artır. Bu da bazarın qloballaşması və eyni zamanda resuslara düşən xərcin artması, ümumiyyətlə milli məhsulun dünya bazarında rəqabətliliyini zəiflədir. Ona görə milli məhsulun dünya bazarında yüksək reytinqə mənsub olması üçün əsasən konsepsiya satmalıyıq. Yerli İT bazarında çox məhsullarımız var ki, yüksək reytinqə malikdir".

İ.Babayev qeyd edib ki, Gömrük Komitəsi həmişə informasiya texnologiyaları sahəsini dəstəkləyib.

"Hər hansı bir problem olarsa, dərhal həll edirik. Çünki artıq informasiya texnologiyaları məhsulumuzu dünya bazarına çıxarmağın vaxtıdır".

Anar Kəlbiyev
Azvision.az


Teqlər: DGK  





Xəbər lenti