Masazırda 2 gün işıq olmayacaq

Masazırda 2 gün işıq olmayacaq
  23 Noyabr 2018    Oxunub:1416
Masazırda elektrik enerjisinin verilişində fasilələr olacaq.
“Azərişıq” ASC-dən Azvision.az-a verilən məlumata görə, Xırdalan ETSİ-nin xidməti ərazisinə daxil olan Masazır qəsəbəsində yenidənqurma və elektrik enerjisinin dayanıqlığı məqsədilə aparılan təmir işləri ilə əlaqədar 23-24 noyabr 2018-ci il tarixlərində günün müəyyən saatlarında elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.

Yaranmış narahatçılığa görə “Azərişıq” ASC istehlakçılardan üzr istəyir.

Azvision.az


Teqlər: Azərişıq   Masazır  





Xəbər lenti