Böyrək köçürülməsi gənc qızı intihardan xilas etdi

Böyrək köçürülməsi gənc qızı intihardan xilas etdi
  23 Noyabr 2018    Oxunub:2119
Xroniki böyrək çatışmazlığından əziyyət çəkən 31 yaşlı qadın Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) “Böyrək xəstəlikləri və transplantologiya” şöbəsinə müraciət edəndə ağır depressiv vəziyyətdə olub.
Diaqnostika Mərkəzindən Azvision.az-a verilən xəbərə görə, psixitarik xidmətin konsiliumundan dərhal sonra antidepressiv medikamentoz terapiyaya başlanılıb, eyni zamanda pasiyentə böyrək köçürülməsi əməliyyatı planlaşdırılıb. Psixiatrların xüsusilə vurğuladığına görə, depressiyanın etiologiyası xəstənin çox həssaslıqla qəbul etdiyi hemodializ seansına bağlı olub.

“Xəstə bizə ağırlaşmış vəziyyətdə daxil olub. Situasiyanın mürəkkəbliyi xroniki böyrək çatışmazlığı ilə yanaşı, həm də ağır depressiv vəziyyətin mövcudluğunda idi. Psixiatrlar və pasiyentin yaxınları ən çox gənc qadının intihara cəhdinə görə ehtiyat edirdilər. Zəruri hazırlıqlar aparıldıqdan sonra ən qısa zamanda pasiyentə anasının böyrəyi köçürüldü” – deyə RMDM-in “Böyrək xəstəlikləri və transplantologiya” şöbəsinin müdiri, cərrah-uroloq, transplantoloq, t.ü.f.d. Rəşad Şolan bildirib.

Uğurla keçən əməliyyat sonrası pasiyent yenidən həyata dönüb. Psixi vəziyyəti isə anidən bərpa olunub. Bir neçə gündən sonra qızı və anası tam sağlam şəkildə evə yola salınıb.

Azvision.az


Teqlər:





Xəbər lenti