Qanunsuz silah saxlayan şəxs tutuldu

Qanunsuz silah saxlayan şəxs tutuldu
  23 Noyabr 2018    Oxunub:1722
Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən qanunsuz olaraq odlu silah-sursat gizlədən şəxslərin aşkar edilməsi məqsədi ilə ardıcıl uğurlu əməliyyat tədbirləri keçirilib.
DİN Mətbuat Xidmətinin Şirvan şəhərindəki regional qrupundan Azvision.az-a verilən məlumata görə, Hacıqabul rayonunun Meyniman kənd sakini Fətulla Məmişov qanunsuz odlu silah saxlamaqda şübhəli bilindiyi üçün saxlanılıb. Onun həyətyanı sahəsinə baxış keçirilən zaman yarımtikilidə 1 ədəd “BUM” markalı ov silahı aşkar edilərək götürülüb.

Hacıqabul RPŞ-nin əməkdaşlarının həyata keçirdikləri digər bir əməliyyat nəticəsində Hacıqabul rayon sakini Əliyusif Rəsulovdan 1 ədəd “TULA” markalı ov silahı aşkar edilərək götürülüb. Hər iki faktla bağlı Hacıqabul RPŞ-də araşdırma aparılır.

Azvision.az



Teqlər: Silah   DİN  





Xəbər lenti