Şəhid ailələri prezidentə təşəkkür etdilər

  24 Noyabr 2018    Oxunub : 2572
 Şəhid ailələri prezidentə təşəkkür etdilər
Quba rayonundan olan bir qrup şəhid ailəsi Prezident İlham Əliyevə məktub ünvanlayıb.
Azvision.az xəbər verir ki, şəhid ailə üzvlərinin məktubu prezidentin rəsmi saytında yerləşdirilib. Məktubu olduğu kimi təqdim edirik:

- Əziz Prezident, cənab Ali Baş Komandan.

Vətənimizin ərazi bütövlüyü, dövlətimizin, müstəqilliyimizin qorunması uğrunda şəhid olmuş igid Azərbaycan övladlarının xatirəsinin əbədiləşdirilməsi ilə bərabər, onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsi üçün aparılan ardıcıl işlər Sizin şəhidlərimizin ruhuna sonsuz ehtiram hissinizdən, şəhid ailələrinə böyük qayğınızdan irəli gəlir.

Müharibə əlilləri ilə yanaşı, şəhid ailələrinin mənzillə təminatı proqramı həyata keçirilir. Şəhid ailələri Prezidentin aylıq təqaüdü və müavinətlərlə təmin edilir, bu sosial ödənişlərin mütəmadi artırılır. Bütün bunlar - şəhid ailələrinin üzvləri üçün nəzərdə tutulan üstünlüklər, ali təhsil və ya orta ixtisas təhsili müəssisələrində ödənişli təhsil alan şəhid övladlarının təhsil haqqının dövlət hesabına ödənilməsi və digər təminatlar bir daha göstərir ki, ölkədə aparılan sosial siyasətdə şəhid ailələrinin rifah halının yaxşılaşdırılması başlıca hədəflərdən biridir.

Şəhid hərbi qulluqçuların vərəsələrinin 11 min manat məbləğində birdəfəlik ödəmə ilə təmin olunması məqsədilə cari ilin aprel ayında imzaladığınız Fərman bu istiqamətdə növbəti humanist addımınızdır.

Artıq biz şəhid ailələri Fərmanınızın icrası nəticəsində birdəfəlik ödəmə ilə təmin olunuruq. Həmin vəsait təbii ki, bizim həyat şəraitimizin yaxşılaşmasına böyük köməkdir.

Biz, eyni zamanda, bu birdəfəlik ödəməni Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış Vətən övladlarının xatirəsinin daim əziz tutulduğunun, onların ailə üzvlərinə diqqət və qayğının zaman keçdikcə daha da artdığının əyani təsdiqi kimi dəyərləndiririk.

Əziz Prezidentimiz, buna görə Sizə təşəkkür edir və “Müstəqil Azərbaycanın firavanlığı naminə apardığınız siyasətinizdə Tanrı Sizə yar olsun!” deyirik.

Quba rayonunda yaşayan şəhid ailələrinin üzvləri adından dərin hörmətlə,

Qaraxanov Zöhrab Məmmədsultan oğlu

Kərimov İmaməddin Qasım oğlu

Əliyev Mədət Abzər oğlu

Cəfərova Rəna Əmirbaba qızı

Abdullayeva Yavər İsmayıl qızı

İbrahimova Sultanxanım Alsax qızı

Ağarzayev Ələkbər Əlibala oğlu

Cabbarova Tuqiyə Mövlud qızı

Şahmərdanova Tamilla Qasım qızı

Kəlbiyeva Zəbihə Abbəkir qızı

Tacəddinov Qalib Adil oğlu

Novruzov Əmirsultan Fərman oğlu

Məmmədov İbrahim Abbək oğlu

Dadaşov Baladadaş Dadaşbala oğlu

Şahbalayev Cəfər İbrahimxəlil oğlu

Mikayılova Səkinəxanım Əliağa qızı

Şirinbəkova Qalina Afanasyevna

Tarverdiyeva Məleykə Baba qızı

Əliyev İmaməddin Yusif oğlu

İsmayılova Ayxanım Sirac qızı

Həmzəyeva Həqiqət İsbat qızı

Məmmədov Əhəd Bədəl oğlu

Cəbrayılova Firuzə Camal qızı

Muradov Hidayət Şahabəddin oğlu

Məmmədova Səmayə Nəbi qızı

Əkbərov Natiq Hafiz oğlu

İdrisova Nəsibə Abdulsəlim qızı

Şəmiyeva Gülarə Nəcməddin qızı

Əhmədova Şəfiqə Əhməd qızı

Sultanov Pənah Şixseyid oğlu

Nağıyeva Ziyadə Məcnun qızı

Cəfərova Ağaxanım Nəsur qızı

Zöhrabov Zöhrab Ağababa oğlu

Həmidova Qızqayıt Müzəffər qızı

Dadaşova Mafizə Heydər qızı

Allahquliyeva Nasiyə Məhərrəm qızı

İbrahimova Zərqələm Əlibala qızı.

Azvision.az

Teqlər: Prezident