Prezident Milorad Dodiki təbrik edib

Prezident Milorad Dodiki təbrik edib
  24 Noyabr 2018    Oxunub:1263
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Milorad Dodikə təbrik məktubu ünvanlayıb.
Azvision.az xəbər verir ki, təbrik mətnində deyilir:

"Hörmətli cənab Sədr,

Bosniya və Herseqovinanın milli bayramı – Dövlətçilik Günü münasibətilə Sizi və xalqınızı səmimi qəlbdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan Respublikası ilə Bosniya və Herseqovina arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcək və genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, qarşıdakı fəaliyyətinizdə uğurlar, Bosniya və Herseqovinanın dost xalqına əmin-amanlıq və rifah diləyirəm".

Azvision.az



Teqlər: İlham-Əliyev   Prezident  





Xəbər lenti