Gədəbəydə qızıl yataqlarına baxış keçirilib

Gədəbəydə qızıl yataqlarına baxış keçirilib
  24 Noyabr 2018    Oxunub:1418
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) məsul şəxsləri Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited (AİMK) şirkətinin Gədəbəy rayonunda fəaliyyət göstərən qızıl-mis istismar yatağı ilə tanış olublar.
ETSN-dən Azvision.az-a verilən məlumata görə, nazirliyin nümayəndələri geoloji kəşfiyyat işləri aparılan ərazilərə, yeraltı və açıq mədən üsulu ilə istismar olunan yataqlara baxış keçirib, ətraf mühitin mühafizəsi ilə əlaqədar görülən işlərlə maraqlanıblar.

Daha sonra nazirliyin rəsmilərinə şirkətin iş fəaliyyətini əks etdirən təqdimat keçirilib.

Azvision.az



Teqlər: ETSN  





Xəbər lenti