Ümumordu iməciliyi keçirilib

Ümumordu iməciliyi keçirilib
  24 Noyabr 2018    Oxunub:1600
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən noyabrın 24-də ümumordu iməciliyi keçirilib.
Azvision.az xəbər verir ki, Əlahiddə Ümumqoşun Ordu, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində ərazilər təmizlənib, hərbi hissələr, inzibati, xidməti bina və obyektlərin ətrafında müxtəlif növ ağac və gül kolları əkilib, yaşıllıq zolaqları salınıb.

Azvision.az



Teqlər: Ordu   İməclik  





Xəbər lenti